Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Əməliyyat zamanı futbola baxdı – Araşdırma başladı + Video

Əməliyyat zamanı futbola baxdı – Araşdırma başladı + Video

Çilidə xəstəxanalardan birində həkimlər cərrahiyyə əməliyyat zamanı Çili – Portuqaliya oyununa baxıblar.

“ Azinforum.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq insidentlə bağlı araşdırma başlanılıb. Xəstəxana rəhbərliyi baş verənləri xoşagəlməz hal kimi qiymətləndirərək müvafiq ölçü götürüləcəyini bildirib.

Bundan əvvəl sosial mediada həkimlərin əməliyyat zamanı futbola baxdıqlarını əks etdirən kadrlar yayılıb.

Qeyd edək ki, Konfederasiya Kubokunun yarımfinal oyununda Çili penaltilərdə Portuqaliyaya qalib gələrək finala çıxıb.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın