Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Əli Həsənovun ailə üzvlərinə bağlı şirkət 3-cü tenderin də qalibi oldu

Əli Həsənovun ailə üzvlərinə bağlı şirkət 3-cü tenderin də qalibi oldu

Azərbaycan Tibb Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) olub.
“Azərmətbuatyayımı” ASC Azərbaycan Tibb Universitetinə 52 adda qəzet və jurnal satacaq və qarşılığında 12 min 871 manat 32 qəpik alacaq.
Onu da qeyd edək ki, bu il “Azərmətbuatyayımı” ASC Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərsu” ASC-nin keçirdiyi analoji tender müsabiqələrində də qalib olub. “Azərmətbuatyayımı” ASC Təhsil İdarəsinə 475 min 720 manat, “Azərsu” ASC-yə isə  20 min 493 manat 56 qəpik dəyərində jurnal və qəzet satacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 345 min 304 manat olan “Azərmətbuatyayımı” ASC 07.08.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”-də yerləşir.
Qeyd edək ki, “Azərmətbuatyayımı” ASC-nin təsisçisinin “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 01.03.2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.
“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda – Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ləğv olunan “ATOM QİDA” MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib. 
2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Yeniavaz.com

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …