Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Əhalinin banklardakı əmanətləri 8 milyardı ötüb

Əhalinin banklardakı əmanətləri 8 milyardı ötüb

2018-ci il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 109,3 milyon manat təşkil edib.
Əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb.

2018-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib, onun 9 milyard 739,8 milyon manatı uzunmüddətli kreditlər olub.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …