Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / İqtisadiyyat / Ətin qiyməti niyə qalxdı?

Ətin qiyməti niyə qalxdı?

“5-6 il öncə ictimai çıxışlarda ətin qiymətinin qalxacağını, bunun səbəblərini söyləmişdik, o zaman ət 7-8 manat idi”.

Bunu ekspert Natiq Cəfərli deyib. O, ətin qiymətinin qalxmasının səbəblərini açıqlayıb:

1. Hökumətin plansız pambıq sevdası örüş yerlərini, yem bazasını azaltdı. 

2. İlin əvvəlində hökumət dizelin qiymətinin 34% artırmaqla aqrar sektorda dalğavari qiymət artımına strat verdi.

3. Yem qiymətləri 40-50% civarında bahalaşıb, yazıq fermer necə qiymət artırmasın.

4. Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir, fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər.

5. Toyların bərpası, bayramlar təlabatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu. 

“Bu sistemlə, belə iqtisadi və idarəetmə modeli ilə qiymətlər daim artacaq, yeni sistemə keçid baş verməsə, bunun qarşısını almaq mümkünsüz olacaq. 5 il əvvəl dediklərimiz indi olursa, indi yazdıqlarımın təsdiqini də hər il görəcəksiz”.

Həmçinin oxuyun

“Aİ-95 1 manat 60 qəpik olmalıdır”

İqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda ölkəmizdə Aİ-95 premium markalı benzinin …