Cümə , Avqust 12 2022
Ana səhifə / İqtisadiyyat / Əsgərovun həyat yoldaşına məxsus bankın gəlirləri 105 dəfə azalıb

Əsgərovun həyat yoldaşına məxsus bankın gəlirləri 105 dəfə azalıb

Bu ilin ilk 2 rübü ərzində “Premium Bank” ASC-nin xalis mənfəəti 78 min manat olub.

Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın mənfəəti 105 dəfə azalıb.

Belə ki, 2021-ci ilin ilk 2 rübü ərzində “Premium Bank”ın xalis mənfəəti 8 milyon 225 min manat olub.

Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı olan Zərifə Həmzəyeva son zamanlar yüksək bilet qiymətlərinə görə tənqid olunan “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var.

Onu da bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb.

Həmçinin oxuyun

AZAL-ın qiymətləri utancvericidir – Çingiz Qənizadə

“Ötən gün Bakı hava limanında elektrik enerjisinin verilişində uzun müddət fasilə yaranması xoşagələn hal deyil. Hesab edirəm …