Cümə , Noyabr 15 2019
Ana səhifə / İqtisadiyyat / Əsgər huşunu itirdi, nazir ilkin yardım göstərdi – Video

Əsgər huşunu itirdi, nazir ilkin yardım göstərdi – Video

Bu gün Türkiyədə 65-ci hökumətin etimad səsverməsi keçirilib. Millət vəkilləri və nazirlər səsvermədən sonra Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu “Anıtkabir”i ziyarət edərkən növbətçi əsgərlərdən biri hər kəsin gözü qarşısında huşunu itirib.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hadisə baş verən zaman baş nazir Binəli Yıldırım da orada olub. Yıldırımla yanaşı gedən  səhiyyə naziri Rəcəb Akdağ  əsgərin yanına qaçaraq ona ilkin yardım göstərib. Daha sonra əsgər ayağa qaldırılıb və digər əsgərlərin köməyilə xəstəxanaya aparılıb.

B. Yıldırım hadisə ilə bağlı açıqlama verərək “Ayaqüstə qaldığı üçün təzyiqi düşüb, amma Allaha şükür ki, indi yaxşıdır. Səhiyyə nazirimiz belə hadisələrdə hər zaman hazırdır” deyə bildirib.

 

Həmçinin oxuyun

PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar – “Rəhbərlərin heç ali təhsili də yoxdur”

Rusiyanın “Lukoil” şirkətinin Özbəkistan ofisinin vəzifəli şəxsi özbək fəhlələri “qoyun sürüsü” adlandırıb və onlardan “öz …

Bir cavab yazın