Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / İqtisadiyyat / Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 0,5 faiz artaraq, 5366,7 milyon manat olub.

Bu barədə Bakı Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, 10,3 faiz artaraq, 2749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq, 2617,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Həmçinin oxuyun

Azərbaycanda ilk dəfə əkin sahələri üçün aqrodron istehsal edildi

Azərbaycanda ilk dəfə olaraq Aqrodron istehsal edilib. Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” …