Ana səhifə / İqtisadiyyat / Ərzaq məhsulları bahalaşır – VİDEO

Ərzaq məhsulları bahalaşır – VİDEO

Son bir ildə, xüsusilə 3 ayda ərzaq məhsullarının qiyməti kəskin artıb.

Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, alıcılar ötən ilin fevral ayında aldıqları eyni məhsul qurupunu bu il almaq üçün 17. 2 faiz daha artıq pul xərcləyiblər.

Alıcılarla yanaşı, satıcılar da qiymətlərin xüsusilə son 3 ayda daha çox artıdığını bildirirlər.

Deyirlər ki, firmalar daşıma xərcləri və xammal qıtlığını əsas gətirərək malları daha baha təklif edirlər. Mağazalar isə malı əsasən aldıqları qiymətdən 10-15 % baha satırlar.

İqtisadçı- ekspert Xalid Kərimli deyir ki, qiymət artımına əsas səbəblər pandemiya, logistika xərclərinin artması, xammal qıtlığının yaranmasıdır. Üstəlik, dünyada ciddi ərzaq qıtlığının yarana biləcəyi qorxusu da var. Baş verən inflyasiyanın bu ildən azalacağı gözlənsə də, Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi.

Ekspertin fikrincə, Rusiya-Ukrayna müharibəsi və onun arealının genişlənə biləcəyi ehtimalı inflyasiyanın bu il aşağı düşmə şərtlərini xeyli çətinləşdirir. Bu isə o deməkdir ki, qiymət artımı bundan sonra da davam edə bilər.

Həmçinin oxuyun

Rusiyanın Avropa qaz bazarındakı yeri uğrunda mübarizə güclənir

Mümkün variantlardan biri də İran qazının Azərbaycan üzərindən qoca qitəyə çatdırılmasıdır Avropa Ukraynaya hücümuna görə …