Bazar ertəsi , Yanvar 17 2022
Ana səhifə / İqtisadiyyat / Ərzaq məhsulları bahalaşır – Qiymət artımını necə minimuma endirmək olar? – VİDEO

Ərzaq məhsulları bahalaşır – Qiymət artımını necə minimuma endirmək olar? – VİDEO

Əvvəlki illərə nisbətən bu il ərzaq məhsullarının qiymətində daha çox artım müşahidə edilir.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

 O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında inflyasiya 6,2 faiz olub. Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi inflyasiya göstəricisidir.

Vüqar Bayramov qiymət artımını dünya bazarındakı vəziyyətlə əlaqələndirib.

Millət vəkili rəsmi rəqəmlərə əsasən bildirib ki, inflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabrda qiymət səviyyəsi əvvəlki ilin eyni ayı ilə müqayisədə 11,1 faiz çox olub.

Vüqar Bayramovun fikrincə, inflyasiya rəqəmi onu göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var.

Həmçinin oxuyun

Türkiyədə yaxın həftələrdə dollardan imtina prosesi sürətlənəcək

Yaxın həftələrdə valyuta aktivlərinin ABŞ dollarından türk lirəsinə çevrilməsi sürətlənəcək. Bu barədə Türkiyənin xəzinə və …