Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / İqtisadiyyat / Ərzaq istehsalçıları üçün sürpriz DƏYİŞİKLİK

Ərzaq istehsalçıları üçün sürpriz DƏYİŞİKLİK

Prezident İlham Əliyev “Standartlaşdırma haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə görə, qanunun 6-cı maddəsinə aşağıdakı məzmunda cümlə əlavə edilib: “Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır.”

Başqa sözlə, ərzaq məhsullarının istehsalçıları üçün dövlət standartlarının tətbiqi tövsiyə xarakteri daşıyır və onların bu standartı tətbiq edib-etməməsi könüllü, yəni sahibkarlardan asılı olacaq.

Qanuna edilən dəyişiklik 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək. (Fed.az)

Həmçinin oxuyun

Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm …