Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / İqtisadiyyat / Ərzaq, içki və tütün məmulatları bahalaşdı

Ərzaq, içki və tütün məmulatları bahalaşdı

2018-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artaraq, 9 mlrd. 505 mln. 800 min manat olub.
“Ölkə.Az” Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq, 4 mlrd. 359 mln. 800 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq, 5 mlrd. 146 mln. manat təşkil edib.
İstehlak məhsullarının 23,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 19 mln. 800 min manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
VIPedu.BIZ

Həmçinin oxuyun

BMT: Azərbaycanda balıq məhsullarının istehsalı kəskin azalıb

Son 20 ildə Azərbaycanda balıq məhsullarının istehsalı təqribən 50% azalıb. “Report” xəbər verir ki, bu …