Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanla Putini barışdıran şəxsin adı – Açıqlandı

Ərdoğanla Putini barışdıran şəxsin adı – Açıqlandı

Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasında vasitəçi şəxs Qazaxıstan prezidenti Nursultan Nazarbayev olub.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Vladimir Putinlə dost olan, Rəcəb Tayyib Ərdoğanla isə yaxşı əlaqələrə malik Nazarbayev hər iki lider arasında telefon danışığının həyata keçirilməsində önəmli rol oynayıb.

Qazaxıstanın Ankaradakı səfirliyindəki rəsmi şəxslərdən verilən məlumata görə, Su-24 təyyarəsinin vurulmasından sonra Nazarbayev Türkiyə ilə Rusiya arasında əlaqələrin normallaşması üçün əlindən gələn hər şeyi edib. Belə ki, Putin iyunun 22-24-də Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılıb. Putinlə görüşən Nazarbayev Türkiyə ilə Rusiya arasında vasitəçilik edib. Bundan sonra Ərdoğan Putinə məktub göndərib, iyunun 29-da isə onunla telefon əlaqəsi saxlayıb.

Türkiyə liderinin Putinlə danışdıqdan sonra Nazarbayevlə də telefon danışığı olub. Ərdoğan münasibətlərin normallaşmasında göstərdiyi səylərə görə ona təşəkkür edib.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın