Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın müşaviri: “Merkel irqçiliyi qızışdırır”

Ərdoğanın müşaviri: “Merkel irqçiliyi qızışdırır”

Dünən axşam Merkel ilə Şults arasında baş tutan televiziya debatına Türkiyə və Prezident Ərdoğanın damğa vurması təsadüf deyil. Almaniyanın, Avropanın problemlərini yoxa sayaraq, Türkiyə və Ərdoğana hücum etməsini, Avropada Türkiyə əleydarlığını, əsas problemlərə susqunluq nümayiş etdirərək düşmən seçilməsi və düşmən üzərinə hücum edərək özünü rahat hiss etmək durumunu gördük”.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Ərdoğanın sözçüsü İbrahin Kalin özünün Twitter səhifəsində bəyan edib.

İbrahim Kalin deyib ki, belə münasibət ən çox həmin siyasətçilərin öz cəmiyyətinə zərər verir: “Alman siyasətinin populizmə və birləşdirmə əvəzinə düşmənçiliyə boyun əyməsi yalnız ayrı-seçkiliyi və irqçiliyi qızışdırır. PKK və FETÖ kimi təşkilatlara qucaq açan Almaniya demokratiyanı deyil, terrorçuları və dövlət çevrilişinə cəhd edən cinayətkarları müdafiə etdiyinin fərqində deyilmi? Alman seçkilərində hansı partiyanın qələbə qazanacağının mühüm əhəmiyyəti yoxdur. Çünki hansı zehniyyətin qazanacağının fərqi yoxdur. Merkel və Şultsun debat ərzində ayrı-seçkilik, inkişaf edən irqçilik haqqında susması faktiki olaraq alman siyasətinin gəldiyi nöqtəni göstərir. Merkel və Şults arasında seçkilərlə bağlı debat zamanı Türkiyənin və prezident Ərdoğanın əsas müzakirə mövzusu olması da təsadüfi deyil”.

Həmçinin oxuyun

Dezinfeksiya üçün yarım milyonluq müqavilə bağlandı – Tenderi kim “qazandı”?

Bakı Nəqliyyat Agentliyi toplam maliyyə dəyəri 542 244 AZN olan 3 müqavilə imzalayıb.  Müqavilələr “Qardaşlar …

Bir cavab yazın