Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın cangüdənləri deputatın burnunu sındırdı –Foto

Ərdoğanın cangüdənləri deputatın burnunu sındırdı –Foto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador səfərində qalmaqal yaşanıb.
Ərdoğanın universitetlərdən birində çıxışı zamanı bir qrup qadın onu protest edib.
Qadınlar Ərdoğanı İŞİD-i dəstəkləməkdə ittiham edib. Bu vaxt Ərdoğanın cangüdənləri həmin qadınların üzərinə hücum çəkib. Ekvadorlu millət vəkili Diego Vintimilla türkiyəli cangüdənlərin qarşısı almaq istəyərkən, mühafizəçilər tərəfindən döyülüb. Millət vəkilinin burnunun qırıldığı bildirib.
Ekvador parlamentinin sədri Gabriela Rivadeneira sosial şəbəkədə türkiyəli cangüdənlərin bu hərəkəti kəskin tənqid edib.(Lent.az)

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın