Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın arxasında Rotşildlər dayanır?

Ərdoğanın arxasında Rotşildlər dayanır?

Yer üzündəki iqtisadi, siyasi və hərbi proseslərin formalaşmasında böyük pulların rolu danılmazdır. Və məntiqlə hadisə və proseslərə daha çox pulu olanlar təsir göstərir. Əgər bu gün kasıb bir insan övladının toyunda 400-500 insanı bir şadlıq sarayına toplayıb onları öz qurduğu ssenariyə uyğun əyləndirə bilirsə, onda yüz minlərlə, milyonlarla, milyardlarla dollar vəsaitə malik olanların nəhəng insan kütlələrinə təsir imkanlarını təsəvvürə gətirin.

Konspiroloqlar hesab edir ki, artıq iki əsrdən çoxdur ki, dünyadakı prosesləri əsasən iki nəhəng sələmçi yəhudi super klanı –Rotşildlər və Rokfellerlər yönləndirir. Onların adları mediada çox az hallanır. Və bizə elə gəlir ki, planetdəki hadisə və proseslər daha çox gündə dəfələrlə adlarını eşitdiyimiz ABŞ, Rusiya, Britaniya, Çin, Türkiyə, İran kimi iri dövlətlərin rəsmi dövlət başçıları idarə edir.

Konspiroloqlar hesab edir ki, əslində həmin prezident və ya baş nazirlər, eləcə də tez-tez ora-bura qaçan xarici işlər nazirləri məhz Rotşild və Rokfellerlərin ssenariləri əsasında qurulmuş ÜMUMDÜNYA SİYASİ TEATRININ idarə edilən marionet-aktyorlarıdır. Belə nəzəriyyələrə əsaslananlar ölkə başçıları haqqında gözlənilməz fikirlər səsləndirir. Məsələn, ABŞ prezidenti B.Obama və Rusiya prezidenti V.Putin arasındakı ziddiyyətlərin əsas səbəbi onlardan birinin Rokfellerlər, digərinin isə Rotşildlər tərəfindən idarə olunmasıdır. Çünki həmin klanlar da dünya sərvətlərini bölüşdürmək uğrunda öz aralarında çəkişirlər. Son illər Rotşildlərin Rusiyanı təzyiq altında saxladığı söylənilir.

Yadınızdadırsa, Ceykob Rotşild özü bu ilin mart və may aylarında Rusiya və bir neçə digər dövlətdən borclarını tələb etmişdi. Hətta ABŞ dövlətinin özünün də bu iki klana borcu var. Rusiya və Türkiyə arasında bu yaxınlarda həllini tapmaqda olan kəskin siyasi qarşıdurmanın da kökündə məhz Rotşild-Rokfeller ziddiyyətlərinin dayandığı söylənilir. 15 ilə yaxındır ki, hakimiyyəti əlində saxlayan Türkiyənin xarizmatik lideri R.T.Ərdoğanın da arxasında Rotşildlərin dayandığı barədə fərziyyələr var. Belə bir iddia ilə Ali Rusiya Pravoslav Kilsəsinin silahlı qüvvələr və hüquq-mühafizə orqanlarıyla əlaqələr üzrə sinodial şöbə rəisinin köməkçisi, tanınmış ruhani Vladimir Sokolov “Rusiya dövlət siyasətinin yeni gerçəklikləri” mövzusundakı dəyirmi masada çıxış edib. Pravoslav din xadiminin sözlərinə görə, son illər Ərdoğanın Avropa və Amerikaya qarşı kəskin çıxışlarının səbəbi məhz onun Rotşild klanına güvənməsidir. Amma Pravoslav kilsəsinin nümayəndəsi yəhudi super oliqarxın İslam ideologiyalı AKP liderini nə məqsədlə mühafizə etdiyini açıqlamır. Rotşildlərlə rəqabət aparan güclərdən biri də Vatikandır. Bu baxışlara görə, Papanın Ermənistana səfəri və oradan Türkiyəyə tərəf göyərçinlər buraxmasından sonra İstanbul hava limanında terror aktı törədilməsi heç də təsadüf deyil. Bəs Putinin Ərdoğanla ilk görüşünün məhz Çində planlaşdırılması nə ilə bağlıdır? Britaniyanın Avropa Birliyindən çıxmasını Rotşildlər təşkil edibmi? Krımın Rusiya tərkibində qalması hansı dünya klanının planıdır? Avropaya kütləvi miqrasiyanın arxasında kim dayanır? Rotşildlər multikulturalizm və tolerantlıqdan necə yararlanır? Milli hislərimizi və münaqişələri kimlər qızışdırır? “İŞİD” əsində hansı dövlətin ordusudur? Və s. və i.a.

Moderator.az -ın “Beynəlxalq siyasət və dünya klanlarının pərdəarxası gedişləri” mövzusundakı növbəti yazılarında bu və ya digər suallara gözlənilməz cavablarını oxuya bilərsiniz..

Saytımızı izləyin…

Sultan Laçın

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın