Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanı “erməni soyqırımı”na həsr olunmuş konsertə dəvət etdilər

Ərdoğanı “erməni soyqırımı”na həsr olunmuş konsertə dəvət etdilər

Almaniyanın Xarici İşlər Nazirliyi Drezden simfonik orkestrinin AFR-ın İstanbuldakı Baş konsulluğunda keçirilməli olan konsertini ləğv edib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, musiqiçilər konsertdə “erməni soyqırımı”na həsr edilmiş “Aghet” əsərini ifa etməyi planlaşdırıblarmış.

AFR-in Xarici İşlər Nazirliyindən DRA agentliyinə bildiriblər ki, “noyabrın 13-də konsert keçirmək üçün Baş konsulluğun binasında boş yer olmayacaq”.

Agentliyin məlumatına görə, konsert ora kimlərin dəvət olunduğu bilinəndən sonra ləğv olunub. Belə ki, dəvətlilər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoqlu, mədəniyyət və turizm naziri Nəbi Avcii də olub. Qeyd edilir ki, Bundestaqın məlum qətnaməsi ilə bağlı Almaniya və Türkiyə arasında yaşanan qalmaqaldən sonra münasibətlərin normallaşması fonunda belə bir dəvətin ortaya çıxması ən azı qəribə görünür.

“Tədbirə dəvətlər Xarici İşlər Nazirliyinin iştirakı olmadan edilib”, – deyə nazirlikdən bildiriblər.

 

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın