Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Ərdoğandan prezidenti sevindirən doğum günü hədiyyəsi (VİDEO)

Ərdoğandan prezidenti sevindirən doğum günü hədiyyəsi (VİDEO)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qvineya prezidenti Alfa Kondeyə verdiyi doğum günü hədiyyəsi maraqlı anların yaşanmasına səbəb olub.
BAKU.WS-in məlumatına görə, iki ölkə prezidentin birgə keçirdiyi mətbuat konfransında Ərdoğan həmkarı Alfa Kondeyə ad günü münasibəti ilə 50 avtobus hədiiyə edib. Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin balansından ayralacaq avtobusların əlavə ehtiyyat hisslələri ilə birlikdə Qvineyaya göndəriləcəyini bildirib.
Prezident Ərdoğanın bu sözləri salonda olanlar tərəfindən ayaqda alqışlanarkən, dövlət başçısı Kondenin Türkiyə prezidentinə sarılması diqqət çəkib.
Prezident Ərdoğan hədiyyəsini təqdim edərəkən bu sözləri işlədib: “Hörmətli prezident sabah doğum gününüzdür. Mən də bir doğum günü müjdəsi vermək istəyirəm. İstanbul Böyükşəhər Bələdiyyəmiz Qvineyanın paytaxt şəhərinə 50 dənə avtobus hədiyyə edir. Bu avtobusların sazlanmasını burada edəcəyik. Həmçinin, Qvineyadan bir heyəti dəvət edib onlara avtobuslarla bağlı təlim keçiriləcək. Biz də xeyirli olsun deyirik”.

Həmçinin oxuyun

“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

“Nar” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız üçün xüsusi güzəştlər təqdim edir. Xüsusi …

Bir cavab yazın