Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğandan mühafizəçilərinin həbs qərarına kəskin reaksiya: “Bu nə qanundur?”

Ərdoğandan mühafizəçilərinin həbs qərarına kəskin reaksiya: “Bu nə qanundur?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyəti tərəfindən mühafizəçilərinin həbsinə order verilməsi barədə qərara kəskin etirazını bildirib.

Virtualaz.org-un məlumatına görə, prezident deyib ki, Ankara həbs orderlərinin verilməsinə qarşı siyasi və hüquqi metodlarla mübarizə aparacaq.

“Mən ABŞ-da olarkən PKK və FETÖ üzvləri dayandığım yerdən 40-50 metr aralıda etiraz aksiyası təşkil etdilər. Amma Amerika polisi heç nə etmədi. Əgər Türkiyədə belə bir hadisə olsaydı, siz təsəvvür edə bilərsiniz, nə olardı? Dünən bizim iki vətəndaşımızı həbs etdilər, mənim 12 mühafizəçim haqda həbs qərarı çıxardılar. Bu nə qanundur? Əgər mənim mühafizəm mən qorumayacaqsa, onda niyə mən onu Amerikaya aparıram?” — Ankarada prezident sarayında çıxış edərkən Ərdoğan bildirib.

O əlavə edib ki, Ankara Amerika hakimiyyətinin qərarına qarşı “siyasi və hüquqi metodlarla” mübarizə aparacaq.

*   *   *00:15

Vaşinqton polisinin rəhbəri Piter Nyuzem və mer Myurel Bouzer keçirdikləri birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika paytaxtındakı qarşıdurmada iştirak etmiş mühafizəçilərinin həbsinə order verdiklərini bildiriblər.

Bu barədə RİA Novosti məlumat yayıb.

Ərdoğanın axtarışa verilən mühafizəçilərinin sayı 9 nəfərdir. Onlardan üçü türk polisinin zabiti, daha ikisi isə Kanada vətəndaşlarıdır. Polis şefi axtarışa verilənləri ABŞ-a gəlməyə və qanun qarşısında cavab verməyə çağırıb.

“Biz hamımız etiraz edənlərə qarşı zorakılığı görmüşük. Biz buna dözmək fikrində deyilik… Onlar bura-ABŞ-a gəlməli və ittihamlara cavab verməlidirlər”, – deyə Nyuzem bildirib.

Xatırladaq ki, R.T.Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş verib.

Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara isə ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini bəyan edib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın