Cümə axşamı , İyul 18 2019
Ana səhifə / İqtisadiyyat / Ərdoğandan istefa açıqlaması

Ərdoğandan istefa açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın istefaya göndəriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, “Frans 24” telekanalına müsahibə verən prezident hələlik belə bir qəqrar verilmədiyini deyib:

“Hazırda MİT rəhbəri, baş qərargah və yaxud digər komandanlarla əlaqədar qərar verməmişik. Qərar verməli olsaq, hörmətli baş nazirlə birlikdə oturub müzakirə edər, ondan sonra qərar verərik. Hazırda keçid prosesindəyik. Bizdə bir söz var, dərəni keçərkən, at dəyişdirməzlər. Ona görə də hələlik yoldaşlarla işimizi davam etdiririk.

Bunu açıq deyirəm, kəşfiyyatda zəiflik var. Xatırlayın, ABŞ-dakı Əkiz qüllələr vurulanda heç kim kəşfiyyatı günahlandırmadı. Bu hadisələr Fransada da oldu. Orada da kəşfiyyat zəifliyi yoxdurmu? Var. Belçikada hadisə baş verəndə biz onlara öncədən xəbərdarlıq etmişdik. Dedik ki, bu-bu adamlar terrorçudur, İŞİD-çidir. Diqqətli olun”. Bizə qulaq asmadılar, “səhv edirsiniz”, dedilər. Sonra hava limanında məlum hadisələr oldu. Hazırda Almaniyada da vəziyyət eynidir. Soruşmazlarmı kəşfiyyatın harada idi? Demək, zaman-zaman kəşfiyyatda axsaqlıq ola bilər. Bütün bunlara baxmayaraq, biz baş nazirlə müzakirə aparacağıq. Hazırda hamı vəzifəsinin başındadır”.

Həmçinin oxuyun

Fermerlərə 23 milyon manat subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyində nazir müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və …

Bir cavab yazın