Çərşənbə , İyul 17 2019
Ana səhifə / İqtisadiyyat / Ərdoğan və ailəsi 15 iyul gecəsi hansı təklifi rədd etdi? – “Doçka” silahının lüləsi salona çevrildi və…

Ərdoğan və ailəsi 15 iyul gecəsi hansı təklifi rədd etdi? – “Doçka” silahının lüləsi salona çevrildi və…

Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Selvi 15 iyul dövlət çevrilişi cəhdi zamanı prezident Ərdoğan və ailəsinin hansı təklifi rədd etdiklərini açıqlayıb.

Avropa.info xəbər verir ki, Selvi 15 iyul gecəsi Ərdoğanın təyyarəsinin endiyi Atatürk hava limanında baş verənləri yazıb.

Selvinin iddiasına görə, Ərdoğan və ailəsi təyyarə enişi edəndən sonra hava limanındakı Şərəf salonuna aparılır. Bu zaman çevrilişçilərə məxsus alçaq uçuş edən bir vertolyot “Doçka” silahının lüləsini bu salona çevirir. Polisin xüsusi təyinatlı dəstəsi intensiv atəşlə qarşılıq verincə, vertolyot geri çəkilmək məcburiyyətində qalır və sonra Ərdoğan ailəsi oradan çıxarılır. Hava limanı rəsmilərinin prezidentinə, “Sizi sığınacağa endirək” təklif etdiyini deyən, Selvi Ərdoğanın tərəddüd etmədən təklifi rədd etdiyini yazıb. Selvinin iddiasına görə, rəsmilər “O zaman ailənizi sığınacağa götürək” deyirlər, lakin ailə də bunu qəbul etmir.

Həmçinin oxuyun

Pomidor böhranı necə həll olunacaq? – ŞƏRH

2019-cu ilin təsərrüfat mövsümü  qlobal iqlim dəyişikliklərilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə …

Bir cavab yazın