Cümə axşamı , May 13 2021
Ana səhifə / İqtisadiyyat / Ərdoğan: “Türkiyə BTQ ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub”

Ərdoğan: “Türkiyə BTQ ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub”

“Samsun-Sivas dəmir yolu xətti logistika nəqliyyatının inkişafına əhəmiyyətli töhfə verəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun-Sivas dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatması ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, ticarət baxımından Qara dənizinin qapılarını Anadoluya açan bu dəmir yolu xətti logistik nəqliyyatda yeni bir impuls olacaq: “Bu sərmayə Samsunun regional hab olaraq mövqeyini gücləndirəcək və burada yaşayan əhaliyə biznes və iqtisadi imkanlar yaradacaq. Layihə çərçivəsində Samsun ilə Sivas arasındakı 431 kilometrlik dəmir yolu xətti bütün infrastrukturu və üst quruluşu ilə yenilənib və hal-hazırda Türkiyənin bütün dəmir yolu infrastrukturu modernləşdirilib”.

Prezident əlavə edib ki, Türkiyə sürət qatarlarının istifadəsi baxımından dünyada səkkizinci, Avropada isə altıncı yerdə qərarlaşıb.

O, Türkiyənin yük və sərnişin daşımalarının birlikdə həyata keçirə biləcək sürətli qatar xətlərinin də inşa etdiyini söyləyib.

Prezident vurğulayıb ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi strateji layihələrlə Türkiyə Londondan Çinə fasiləsiz dəmir yolu bağlantısı qurub.(“Report”)

Həmçinin oxuyun

Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı evlərin sayı AÇIQLANDI

2021-ci ilin aprel ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 131 daşınmaz əmlak alışı həyata keçirib. Oxu.Az-ın …