Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan rus səfir haqda duyğularını dilə gətirdi: – “İsti, simpatik bir insan idi”

Ərdoğan rus səfir haqda duyğularını dilə gətirdi: – “İsti, simpatik bir insan idi”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün axşam Ankarada sui-qəsd nəticəsində həyatını itirmiş Rusiya səfiri Andrey Karlovla bağlı şəxsi düşüncələrini açıqlayıb.
Moderator.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, R.T.Ərdoğan rus səfirə qarşı teraktdan böyük üzüntü keçirdiyini bildirib:
“Dünən axşam sayın Putini arayaraq olaydan duyduğumuz üzüntünü çatdırdım. Onunla, bu hücumun Rusiya-Türkiə əlaqələrinə qarşı alçaq bir təxribat olduğu mövzusunda həmfikirik. Təhlükəsizlik qüvvələrimiz bu hadisəni hər yönü ilə araşdırıb aydınlaşdıracaqlar”.
Prezident Ərdoğan hazırda rus və türk heyətinin araşdırma işlərini birlikdə apardıqlarını söyləyib.
Sonra Türkiyə prezidenti rus səfiri haqqında duyğularını dilə gətirib: “Andrey Karlov bir diplomat olaraq təqdir etdiyim insan idi. Bir həftə öncə Tatarıstan prezidentini yanıma gətirmişdi. Birlikdə dəyərləndirmələr etmişdik. İsti, simpatik bir insan idi. Dünən axşam uğradığı sui-qəsd gerçəkdən üzüntüvericidir. Şəxsim və muillətim adından şiddətlə qınayıram və lənətləyirəm”.
Qeyd edək ki, terrorun qurbanı olan səfir Andrey Karlovun təyyarə olayından sonra münasibətləri kritik həddə çatmış Rusiya-Türkiyə əlaqələrinin normallaşmasında konstruktiv mövqe tutaraq böyük səylər göstərdiyi bildirilir. Görünür, onun rus-türk münasibətlərinin yaxşılaşmasında, hər hər iki dövlətin əməkdaşlığındakı mövqeyi və rolu da kimlərinsə xoşuna gəlməyib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın