Ana səhifə / İqtisadiyyat / Ərdoğan: Qarabağda baş verənlər bizim də ürəyimizi yaxır – CANLI YAYIM

Ərdoğan: Qarabağda baş verənlər bizim də ürəyimizi yaxır – CANLI YAYIM

Türkiyə prezidenti Qənirə Ataşovanı da göylərlə qaldırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada baş tutan tədbirdə azərbaycanlı telejurnalist Qənirə Ataşovanı yenə tərifləyib. 
Türkiyə prezidenti qeyd edib ki, azərbaycanlı jurnalistin ona sual verərkən gözlərinin dolması onun vətənpərvərliyinin göstəricisidir. O, bu nümunəni gətirməklə, Türkiyəli jurnalistləri pisləyib: “Bizdə beləsi varmı?”
Qeyd edək ki cənab Ərdoğan bir neçə gün öncə də Ataşovanın bu hərəkətini türkiyəli jurnalistlərə nümunə göstərmişdi.
Prezident Ərdoğan Dağlıq Qarabağ məsələsindən də danışıb. O, Türkiyədə terror baş verən zaman Azərbaycan prezidentindən başqa kimsənin Türkiyəyə gəlməməsini qeyd edib. İndi də Türkiyənin qaeda. Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib. “Qardaşım Əliyevə baş sağlığı verirəm. Qarabağda baş verənlər bizim də ürəyimizi yaxır”. Ərdoğan deyib ki Türliyə hər zaman Azərbaycanın yanındadır.
 
 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın