Şənbə , Mart 30 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan Putindən ucuz qaz almağa nail oldu

Ərdoğan Putindən ucuz qaz almağa nail oldu

“Qazprom” aylar çəkən danışıqlar nəticəsində Rusiya qazının idxalının üçdə birinin payına düşdüyü özəl türk şirkətlərinə endirim etmək barədə razılığa gəlib.

Azinforum.az-ın məlumatına görə, bu barədə bugünkü sayında “Kommersant” qəzeti yazıb.

Söhbət “Enerco Enerji”, “Bosphorus gas”, “Avrasya gaz”, “Shell”, “Bati Hatti”, “Akfel gas” və “Kibar Enerji” şirkətlərindən gedir.

Nəşrin məlumatına əsasən, bu vaxta qədər şirkət qaza görə 2014-cü ilin qiymətləri ilə min kubmetr üçün 374 dollar ödəməli idi, bu isə Avropada cari bazar səviyyəsindən çox yüksəkdir. İndi birinci rübdə qiymət min kubmetr üçün 300 dollar, ikinci rübdə isə 260 dollardan ibarət olacaq.

Müqavilədə tərəflər, həmçinin 2014-cü ildə qeyd edilmiş qiymət əvəzinə neft indeksasiyasına qayıdıblar. Yeni razılaşma geri çəkilmiş tarix ilə yanvarın 1-dən ilin sonuna qədər qüvvədə olacaq. Yəni “Qazprom” idxalçılara ödənişlərin bir hissəsini qaytarmalı olacaq, nəşrin qiymətləndirməsinə əsasən bu, 250-300 milyon dollardır.

Özəl türk idxalçılarının müqavilələrinə əsasən, Rusiya qazının ümumi həcmi ildə 10 milyard kubmetrdir, qaz Transbalkan kəməri ilə Ukraynadan keçərək çatdırılır. 2014-cü ildə Türkiyə “Qazprom”dan 27,3 milyard kubmetr qaz alıb, əsas alış “Botas” dövlət şirkətinə aid olub.

“Qazprom” bu şirkətlə də endirimlər haqqında danışıqlar aparır.

Həmçinin oxuyun

“Bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir”

Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq, istehsal olunmayacaq, məhz yığılacaq. Yəqin, hansısa qalstuklu müəllim Rusiya …

Bir cavab yazın