Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / İqtisadiyyat / Ərdoğan: “Körfəz ölkələrinə nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”

Ərdoğan: “Körfəz ölkələrinə nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”

Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə Qətəri hərtərəfli dəstəkləməkdə davam edəcək. Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər çox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”, – deyə R.T.Ərdoğan bildirib.

Qətərə qarşı tətbiq edilən blokadanı aradan qaldırmağa çağıran dövlət başçısı Səudiyyə Ərəbistanına müraciət edib: “Siz Körfəzin ən böyük və qüdrətli dövlətisiniz. Siz bölgədə qardaşlığın baş tacı olmalısınız, bütün tərəfləri bir araya gətirməlisiniz. Biz bunu gözləyirik, bu bizim haqqımızdır”.(apa)

Həmçinin oxuyun

Kəmaləddin Heydərovun şirkəti cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin böyük holdinqlərindən biri “Gilan Holding” MMC-ni xaric ilə valyuta əməliyyatları …

Bir cavab yazın