Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İqtisadiyyat / Ərdoğan: “Kılıçdaroğlu siyasi manyakdır”

Ərdoğan: “Kılıçdaroğlu siyasi manyakdır”

Qarşımızdakı şəxs o qədər rüsvay və səviyyəsizdir ki, onunla həmsöhbət olsaq, insanlığımıza xələl gələr.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlu haqqında deyib.

“Ana müxalifət partiyası nə zaman o kürsüyə layiqli bir sədr seçərsə, biz də iqtidar partiyası olaraq müzakirələrə başlayarıq. Hələlik bu insanı (Kamal Kılıçdaroğlu) özü ilə baş-başa buraxaq. İçində olduğu çuxurda hərəkət eləsin”, – Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti çıxışı zamanı Kılıçdaroğlunu “siyasi manyak” adlandırmaqdan da çəkinməyib.

Xatırladaq ki, CHP lideri Kamal Kılıçdaroğlu Ailə və Sosial Xidmətlər naziri Səma Ramazanoğlu haqqında təhqiredici ifadələr işlətmişdi.

Həmçinin oxuyun

Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm …

Bir cavab yazın