Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Ərdoğan istefa verə bilər – Qızıl qalmaqalı

Ərdoğan istefa verə bilər – Qızıl qalmaqalı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada inşa edilən yeni prezident sarayının (Aksaray) bəzək işlərində qızıldan istifadə edilməsi barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) iddialarının sübut ediləcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə Ərdoğan “TRT Haber”ə müsahibəsində bildirib.
Ərdoğan vurğulayıb ki, əgər CHP lideri Kemal Kılıçdaroğlu bu faktı təsdiqləyə bilməyəcəyi təqdirdə onun özü istefa verməlidir.
Daha əvvəl açıqlamasında Kılıçdaroğlu sarayın tikintisində qızıldan istifadə olunduğunu bəyan etmişdi.
Qeyd edək ki, Ərdoğanın “Ağ Sarayı” Atatürk Meşə Zolağında 150 hektarlıq ərazidə tikilib. Memar Şəfiq Birkiyə müəllifi olduğu iqamətgahı Türkiyənin ən yaxşı mühafizə olunan binası adlandırıb.
Kimyəvi və nüvə silahlarından yüksək səviyyədə qorunmaq imkanına malik binada barmaq izi və göz tanıma sistemi mövcuddur. Binada həmçinin dinləmələrə qarşı da müdafiə sistemi var. Səlcuq, Osmanlı imperiyaları və Avropa memarlıq nümunələrinin yer aldığı binanın çöl hissəsi təbii daşlardan tikilib.
Daha əvvəl Türkiyənin maliyyə naziri Mehmet Şimşek bəyan etmişdi ki, prezidentin yeni sarayının tikintisinə 1,37 milyard türk lirəsi xərclənib.

Həmçinin oxuyun

“Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik” – DEPUTAT

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə …

Bir cavab yazın