Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan Gülən camaatına görə türk xalqından üzr istədi

Ərdoğan Gülən camaatına görə türk xalqından üzr istədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyulda baş verən hərbi çevriliş cəhdindən sonra istər dövlət postunda olmuş sələflərinə, istərsə də ölkəsinin siyasi müxalifətinə yönəlik ritorikasında dəyişiklik hiss olunur.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, prezident Ərdoğan bugünkü çıxışlarınını birində indiyə qədər heç vaxt etmədiyi qədər etiraflara yer verib. Ərdoğan “paralel dövlət” adlandırdığı rəqib hərbi-siyasi-iqtisadi qüvvədən danışarkən deyib:
“Rəhmətlik Özəl, Dəmirəl, Ecevit və hətta mən Gülən camaatına xoş niyyətlə dəstək olduq. Bunların gizli üzünü vaxtında aça bilmədiyim üçün çox üzülürəm. Rəbbim və millətimdən üzr diləyirəm”.
Qeyd edək ki, Fətullah Gülənin başçılıq etdiyi dini icmanın son illərdə Ərdoğana ciddi müxaliflik edərək Türkiyəyə problemlər yaşatmasına görə Türkiyədə hakim AKP-ni qınayanlar və prezidentin, eləcə də baş nazirin bu xüsusda açıqlama verməsini tələb edənlər var.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın