Ana səhifə / İqtisadiyyat / Ərdoğan: “Gənc qızlarımızı zəhərlədilər”

Ərdoğan: “Gənc qızlarımızı zəhərlədilər”

Terror şəbəkələrinin mediada, siyasətdə və akademiyadakı əlaltıları vasitəsilə gənc qızlarımızın beyinlərini zəhərləməsinə icazə verməyəcəyik.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qadını təcrid edən bir idarəçilik böyük bir cəmiyyətin əskikliyidir:

“Bəziləri Şərq cəmiyyətindəki adət-ənənələri zülm və despotizmlə bərabərləşdirməyə çalışır. Bunlar üçün ailə və din qadın azadlığının önündəki ən böyük maneədir. Bu təbəqəyə görə islam dini qadını ucaldan, baş tacı edən, ona dəyər verən yox, şəxsiyyətsiz hala gətirən ünsürdür. Bunu iddia edənlər illərdir “azadlıq” adı ilə minlərlə qadına zülm etdilər. Geyiminə görə universitet qapılarını qızlarımızın üzünə bağlayanlar da o zehniyyətin törəmələridir. “Kəndli”, “kömürçü” deyərək deyərək milləti alçaldan da onlardır”.(Axar.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın