Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan dövləti yenidən quracağını deyib

Ərdoğan dövləti yenidən quracağını deyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl Cəzirə” telekanalına verdiyi müsahibədə 15 iyul hərbi çevriliş cəhdindən sonra orduda başlayan “təmizliyin” avqustun 30-na qədər davam edəcəyini deyib.

Virtualaz.org xəbər verir ki, Ərdoğan Fətullah Gülən təriqətinin 40 ildir dövlətə nüfuz etdiyini, bu təriqətin 20 gündə təmizlənməsinin mümkün olmadığını deyib. “Bu, uzun müddətli işdir, dövləti sıfırdan quracağıq”-Ərdoğan deyib.

“Onların köklərini qazıyacağıq, dövləti sıfırdan quracağıq. Təhlükəsizlik qüvvələrini təmizləyəcəyik. Bu an ortada güclü siyasi iradə var. Hamısını təmizləyəcəyik. İnqtiqam deyil, ədalət çərçivəsində bu təmizləməni həyata keçirəcəyik”-Türkiyə prezidenti vurğulayıb.

Ərdoğanın sözlərinə görə, o, fətullahçılarla 2010-cu ildən bəri mübarizə aparırdı. “Onlar manyak qrupdur, sadəcə Türkiyəni deyil, Afrikada da bir çox ölkəni ələ keçirməyi planlaşdırırlar”-o deyib. Türkiyə prezidenti bildirib ki, iyulun 15-də fətullahçı terrorçular yüzlərlə vətəndaşı şəhid edib, minlərlə yaralı var. “Amma bu zülm cavabsız qalmayacaq. Pensilvaniyakı zat bunun əvəzini ödəyəcək”-Ərdoğan xəbərdarlıq edib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın