Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan azana görə İsrail prezidentinə şikayət etdi

Ərdoğan azana görə İsrail prezidentinə şikayət etdi

İsrail prezidenti Reuven Rivlin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rivlin İsraildə meşə yanğınlarının söndürülməsində göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.

Dövlət başçıları iki ölkə arasındakı münasibətlərin inkişafı məsələsinə də toxunublar.

“Prezident Rəcəb Tayyib Ərdoğan İsraildə azanın səs gücləndirici vasitəsilə verilməsinə qoyulan qadağanın müsəlman əhalinin narahatlığına səbəb olduğunu vurğulayıb. Rivlin isə bildirib ki, bütün özünü ifadə azadlıqları məsələləri kimi bu da həssaslıqla nəzərə alınacaq. Rivlin daha sonra vurğulayıb ki, müsəlman, xristian, yəhudiliyindən asılı olmayaraq, İsrail hər kəsin ibadət azadlığını qoruyub saxlayacaq”, – deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Ərdoğanla Rivlin yaxın zamanda yenidən telefonla danışmaq barədə razılığa gəliblər.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın