Şənbə , Dekabr 4 2021
Ana səhifə / İqtisadiyyat / Ərdoğan Azərbaycanla qaz müqaviləsindən danışıb

Ərdoğan Azərbaycanla qaz müqaviləsindən danışıb

“Avropadakı enerji böhranı fonunda Türkiyə ilə Azərbaycan arasında müqavilə imzalanıb”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alınmasına dair imzalanan müqaviləyə münasibət bildirərkən deyib.

“Biz tədbirlərimizi görmüşük. Azərbaycanla bağlanan bütün müqavilələr ehtiyat tədbiridir. Rusiya ilə müqavilələrimiz bu baxımdan çox həssasdır. Həssaslığımızı eyni şəkildə davam etdiririk. Rusiya, İran və Azərbaycanla bağlanan bu cür müqavilələr belə böhranları yaşamayacağımıza işarədir”, – Ərdoğan qeyd edib.

O bildirib ki, yalnız Britaniya deyil, bir çox Qərb ölkələrində bu mövzuda sxıntılar davam edir: “Şükürlər olsun ki, hazırda belə bir problemimiz yoxdur. Tədbirlərimizi gördük, görürük. Bu məsələdə sıxıntı Türkiyə üçün müzakirə mövzusu deyil”. Azvision.az

Həmçinin oxuyun

“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan

Bakcell şirkəti özünün nomre.bakcell.com səhifəsini yeni dizaynla istifadəyə verib. Yenilənmiş sayt vasitəsilə abunəçilər istədikləri nömrəni …