Ana səhifə / İqtisadiyyat / Ərdoğan Ankara terrorundan danışdı: “Səbrimiz tükənir”

Ərdoğan Ankara terrorundan danışdı: “Səbrimiz tükənir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada baş verən terror hadisəsindən danışıb.
Musavat.com xəbər verir ki, R.T.Ərdoğan hücumu reallaşdıran güclərlə mübarizələrinə daha kəskin şəkildə davam edəcəklərini bildirib.
Ərdoğan deyib: “Türkiyənin terrorla mübarizəsində verdiyimiz itkilərin artması millət olaraq ürəyimizi yaralayır, səbrimizi tükədir. Əxlaqi və insani anlayışı olmayan bu hücumları reallaşdıran “oyuncaqlarla” və onların arxasındakı güclərlə mübarizəmizi hər gün daha qərarlı bir şəkildə davam etdirəcəyik. Birliyimizə, bərabərliyimizə, gələcəyimizə qarşı sərhədlərimizdən kənarda və ya daxildə baş verən hücumlara misli ilə cavab verəcəyik.
Türkiyənin özünümüdafiə haqqını hər zaman, hər yerdə və hər vəziyyətdə istifadə edəcək”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın