Ana səhifə / İqtisadiyyat / “ Ərəblər qız, gəlinlərinizi əlinizdən alıb kef çəkirlər” – Nadirdən şok açıqlama

“ Ərəblər qız, gəlinlərinizi əlinizdən alıb kef çəkirlər” – Nadirdən şok açıqlama

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə xalqı təhqir edib. Müğənni “İnstagram”da onu tənqid edən şəxslərə verdiyi cavabda təhqiramiz ifadələrdən istifadə edib: “Bədbəxt “insanlar”, görəsən, Allahın sizdən xəbəri var? Cahillər, gedin qeyrətinizə sahib çıxın. Ərəblər qız və gəlinlərinizi əlinizdən alıb kef çəkirlər. Otellər q…lə doludur, gedin onların dərdini çəkin”. 

Müğənni sosial şəbəkədə yazdığı təhqirlərlə bağlı açıqlama verib. ” Azinforum.az ” xəbər verir ki, Lent.az-a danışan Qafarzadə deyib ki, bundan sonra ona təhqir mesajları yazanlar qanun qarşısında cavab verəcək: “Bəziləri yazıb ki, guya mən üzümü dartdırmışam, qaşımı aldırmışam. Birincisi, mən bunu etməmişəm, etsəm də heç kəsdən qorxmuram, çəkinmirəm, hər şeyi açıqlayaram. Mən səhnə insanıyam, daim formada olmalıyam. Barəmdə şərh yazan bəziləri də getsin öz doğmaları ilə maraqlansınlar. Bəziləri insanlara namus dərsi keçmək istəyir. Hamısı sosial şəbəkədə şir olublar. Bu gün məni əsəbiləşdirdilər, cavablarını da artıqlaması ilə verdim. Dincəlsinlər. Amma bundan sonra özümü hirsləndirməyəcəm. Bu məsələlərlə vəkilim məşğul olacaq. Gəlib polis bölməsində mənə yalvararlar. Mən də bağışlamayacam. Təhqir yazanlar öz cavablarını almalıdırlar. Bunu tək mən yox, bütün müğənnilər etməli, bu şeylərə son qoyulmaldır”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın