Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / İqtisadiyyat / “Əmlak bazarında ucuzlaşma qaçılmaz olacaq” – EKSPERT

“Əmlak bazarında ucuzlaşma qaçılmaz olacaq” – EKSPERT

“Əmlak bazarında tələbin azalması qiymətlərə də təsir göstərib”.

 Sputnik Azərbaycan xəbər verir ki, bunu əmlak eksperti Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, ay ərzində qiymətlərdə azalmalar qeydə alınıb:

“Bu ilin mart ayından etibarən ötən il qeydə alınmış artımların azalması müşahidə edilir və qiymət artımı sıfıra yaxınlaşır. Pandemiyanın ilin sonuna qədər davam edəcəyi ehtimal edilir. Bunun nəticəsində qiymətlərdə daha da azalmaların olması qaçılmaz olacaq. Qiymətlərin nə qədər azalması isə pandemiyanın müddətindən və karantinin dərinliyindən asılı olacaq”.

Həmçinin oxuyun

Əmanətlərin sığortalanması ilə bağlı qərar verildi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında …