Bazar , Noyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / “Əmanətlər bu sektora qayıtmayacaq…”

“Əmanətlər bu sektora qayıtmayacaq…”

Mərkəzi Bank (MB) tərəfindən fəaliyyəti dayandırılan “Atabank”, “Amrahbank”, “AGBank”və “NBCBank”da hesabı olan iş adamları köçürmələr apara, onların işçiləri isəəməkhaqlarını çıxara bilməyiblər.

Banklarda hesab açan sahibkarların bir çoxu ölkədə nağdsız ödənişlərə, kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid çağırışlarına cavab verərək öz dövriyyələrini rəsmiləşdirən mağaza, restoran və digər xırda biznes sahiblərdirlər.

“Atabank” tərəfindən on minlərlə mağaza və restoranda POS-terminal quraşdırılıb. Həmin zaman məcburi olaraq iş adamlarının cari hesabları “Atabank”-da açıldı.

Müştərilərin kartlar vasitəsi ilə həyata keçirdikləri ödənişlər bu hesblarda yığılırdı. Ötən ilin yay ayından başlayaraq “Atabank”-ın vəziyyəti ağırlaşdığı üçün müştərilərinin pullarını tam qaytara bilmədi. Nağdız ödəniş çağırışına qoşulan sahibkarların halal pulları bu bankdakı hesablarında qaldı.

Bundan başqa ötən il İqtisadiyyat Nazirliyi kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid kampaniyasına başladı. İş adamlarına güşzəştlər edildi ki, “dövriyyələrinizi rəsmiləşdirin”, “alışları və satışları rəsmi edin”, “işçilər ilə müqavilə bağlayın”, “əməkhaqlarını kart ilə ödəyin”.

Bir çox iş adamı da çağırışlara qoşuldu, hesabı olmayanlar bankda hesab açdılar, hesabı olanlar isə dövriyyələrini bu hesaba yönəltdilər. İşçilər maaşlarını əməkhaqqı kartı ilə almağa başladılar. Bu gün bu iş adamlarının bir çoxu məyus olub.

“Atabank”,“Amrahbank”, “AGBank”və “NBCBank”da hesabı olan sahibkarlar və işçiləri vəsaitlərindən istifadə edə bilmirlər. İş adamları “Budur nağdız ödənişlərə keçid?”, “Budur kölgədən ağa çıxmaq” deyərək dizlərinə döyürlər. Onlar dövlətdən, Mərkəzi Bankdan şikayətlənirlər, banklara olan inamlarını da itirməyə başlayıblar.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə adıçəkilən bankları ittiham edərək bildirib ki, onlar maliyyə vəziyyəti ilə bağlı mərkəzi quruma və ictimaiyyətə düzgün məlumat verməyiblər. Müştərilərin çoxsaylı şikayətlərindən sonra MB-in təyin etdiyi qiymətləndirici komissiya qısa müddətdə 4 bankda durumun kifayət qədər ağır olduğunu üzə çıxarıb. Nəticədəəhalinin əmanətlərini qorumaq üçün Mərkəzi Bank ciddi tədbirlər görməyə məcbur qalıb. E. Rüstəmov vurğulayıb ki, bankların bağlanması məhz bu səbəbdən atılan zəruri addım kimi meydana çıxıb.

Məlumdur ki, belə situasiyada – böhran dövründə bir qayda olaraq əmanətçilər banklardan əmanətlərini geri çəkməyə başlayırlar. Bu, xüsusilə milli valyutanın məzənnəsi ilə bağlı müzakirələr qızışanda geniş vüsət alır. Manatın ucuzlaşması riskindən çəkinən əhali milli valyuta olan əmanətlərini banklardan çıxarıb onu dollara çevirirlər və sonra onu banka yenidən yatırmaq və ya yastıq altına yönəltmək barədə düşünürlər. Məsələn, təkcə mart ayında əmanətlərin həcmi 5% və ya 443 milyon manata qədər azalıb. Azalmanın 421 milyon manatı milli valyuta əmanətlərinin payına düşüb.

{{photo-undefined-47e393b7-52bb-48be-84e7-1f21008980a6}}Tanınmış iqtisadçı Samir Əliyev bildirir ki, əmanətlərin azalması böyük ehtimalla aprel-may aylarında da davam edəcək. Onun sözlərinə görə, mart-aprel aylarında azalmanı manatın devalvasiyası qorxusu şərtləndirirdisə, may ayında 4 bankla bağlı verilən qərar əmanət qaçışını davam etdirəcək. Birinci halda əmanətlərin daha çox dollarlaşması baş verirsə, ikinci halda banklardan geri çəkilməsi müşahidə edilir.

İqtisadçı 4 bankın bazarı tərk etməsinin əmanətçilərin davranışına, bizesə necə təsir edəcəyini araşdırmağa çalışıb və bu məqsədlə sosial şəbəkələr üzərindən fəaliyyəti dayandırılmış 4 bankın əmanətçiləri arasında sorğu keçirib.

Sorğunun nəticələri ilə bağlı məlumat S. Əliyev bildirir ki, ümumilikdə 76 nəfər iştirak etdiyi araşdırmada respondentlərin 10,5%-i “AGbank”, 26,3%-i “Amrahbank”, 46,1%-i “Atabank”, 17,1%-i isə “NBCBank” müştəriləri olub: “Cavab variantlarından aydın olur ki, 4 bankda yerləşdirilmiş əmanətlərin 85,5%-i qorunan, 15%-i qorunmayandır. Sorğuda əsas məqsəəmanətçilərin əmanətlərinin götürdükdən sonrakı planlarını öyrənmək olub. Cavablardan məlum olur ki, respondentlərin 65,8%-i əmanətləri heç bir banka qoymayacaqlarını bildiriblər. 31,6% respondent digər banka qoyacaqlarını qeyd ediblər. 2,6%-i isə hələ qərar vermədiklərini bildiriblər”.

Xatırladaq ki, banklardan əmanət qaçışını minimuma endirmək üçün Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırıb.

AzPolitika.info

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …