Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / İqtisadiyyat / Əlilsənsə, kafeyə olmaz, müştərilər hürkür…

Əlilsənsə, kafeyə olmaz, müştərilər hürkür…

Rusiyada supermodel Natalia Vodianova-nın aurizm sindromlu bacısı kafeyə buraxılmayıb. Supermodel Rusiyada əlilliyi olan şəxslərin hüquqları uğrunda müzakirə başladıb.

Hadisə Nijni Novqorod şəhərində baş verib. Avqustun 12-də Vodianova «facebook» səhifəsində yazıb ki, 27 yaşlı bacısı Oksana dayəsi ilə birlikdə bir gün öncə kafedən çıxarılıb.

Oksanaya autizm və serebral iflic diaqnozu qoyulub. O, dayəsi ilə qızmar günəşdən qorunmaq üçün yer axtarırmış. Kafeyə girib qəlyanaltı sifariş ediblər. Bu zaman kafenin sahibi onlara yaxınlaşıb: «Niyə getmirsiniz? Bütün müştərilərimi qorxudursunuz. Əvvəlcə get özünü və uşağını müalicə elətdir, sonra camaat arasına çıx».

Vodianovanın anası kafeyə gedib məsələyə müdaxilə etmək istəyəndə təhlükəsizlik xidməti hədələyib ki, kafeni tərk etməsələr, dəlixanaya zəng edəcək və onları oraya yerləşdirəcək.

Anası Oksana və dayə ilə kafedən çıxanda onlara polis yaxınlaşıb, deyib ki, xırda xuliqanlığa görə saxlanırlar.

33 Vodianova Rusiyada əlilliyi olan uşaqlara xeyriyyə işlərində iştirak edir.

Polis «Interfax»a deyib ki, münaqişə tərəfləri bir-birinə qarşı iddia qaldırıblar və polis insidenti araşdırır.

Vodianovanın «facebook» statusu sosial şəbəkələrdə və ənənəvi media orqanlarında müzakirə doğurub. Hüquq müdafiəçiləri Rusiyada əlilliyi olan şəxslərin çoxsaylı əngəllərlə üzləşdiyini qeyd edirlər.

Nyu-Yorkda mənzillənən «Human Rights Watch» (HRW) bildirir ki, Rusiyada əlilliyi olan şəxslər mütəmadi olaraq işəgötürənlər tərəfindən ayrı-seçkiliklə üzləşir, müalicələri zəif gedir, təhsil imkanlarından yararlana bilmirlər.

Vodianova hazırda Parisdə yaşayır. «Calvin Klein» və «Gucci» kimi brendləri reklam edib. Ötən il ABŞ-ın «Glamour» jurnalına deyib ki, anası Oksanadan imtina etməyib və o da model karyerası hesabına ailəsinə kömək edir.

Modelin insidentlə bağlı statusu 13 min dəfədən çox paylaşılıb və 34 mindən çox «like» toplayıb.

«Təəssüf ki, xüsusi qayğıya ehtiyacı olan uşaq böyüdən ailələrdən çoxu bu reallıqla üzləşir. Mənim üçün bunu müzakirə etmək çətindir. Ancaq anlayıram ki, bu, cəmiyyət üçün həyəcan zəngidir və eşidilməlidir».

Həmçinin oxuyun

SOCAR-da özəlləşdirmə qaçılmazdır – TƏHLİL

Prezident İlham Əliyev keçən il avqustun 6-da keçirdiyi müşavirədə qeyd etmişdi ki, dövlət şirkətlərində kifayət …

Bir cavab yazın