Bazar , Oktyabr 2 2022
Ana səhifə / İqtisadiyyat / “Əlaqələrin inkişafı bizi digərlərindən bir baş üstün edəcək” – İlham Şaban

“Əlaqələrin inkişafı bizi digərlərindən bir baş üstün edəcək” – İlham Şaban

“Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana səfəri ümumilikdə Azərbaycan və Xəzəryanı türk dövlətləri arasında genişlənən əlaqələrin bir həlqəsi kimi qiymətləndirilməlidir”.

Bunu Qazaxıstan Prezidentinin Azərbaycana səfərini “AzPolitika.info”-ya şərhə edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

“Bu ələqələrin inkşafının təməli 2020-ci ildə Türkmənsitanda başlamışdı. Daha sonra bu il Azərbaycan Prezidentinin Özbəkistana səfəri və Qazaxıstan Prezidentinin ölkəmizə səfəri ilə ikitərfli əlaqələr daha da genişləndirildi. Biz hazırda 31-ci müstəqillik ildönümünlərini qeyd edən türk dövlətlərinin yaxınlaşdıqlarını müşahidə edirik”, – iqtisadçı əlavə edib.

Ekspert qeyd edir ki,Xəzəryanı türk dövlətləri müstəqilliklərinin ilk illərində əsasən, Türkiyə Cümhurriyəti ilə əlaqələr qururdulrasa, indi öz aralarında da ikili münasibətərin inkşafına önəm verirlər: “Hazırda bu ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələr yeni bir formata keçib. Bu hər bir Azərbaycan vətandaşı kimi, məni də sevindirir. Xəzərin o tayı 70 milyonluq bir coğrafi məkandır. Üzü Qərbə doğru isə Gürcüstanı nəzərə almasaq, 85 milyonluq Türkiyə dövləti yerləşir. Azərbaycanın Şimalında 140 milyon, Cənubunda 80 milyonluq türk nüfusu var. Ona görə də bu ölkələrlə ikitərəfli münasibətlərin inkşaf etdirilməsi bizi digərlərindən bir baş üstün edəcək”.

“Bu yaxınlarda Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirləri yeni gömrük tariflərinə keçidi müəyyənləşdirdilər. Bura gömrük tarifləriylə yanaşı, məntəqələrarası keçidin asanlaşdırlması da daxildir. Hesab edirəm ki, bu ölkələr arasında məntəqələrarası keçid Avropa Birliyindəki kimi olsa daha çox fayda verər. Yəni, nəqliyyat vasitələri bir ölkədə yoxlanıldıqdan sonra digərlərinə rahatlıqla səfər etməlidirlər. Daha sonra eyni üsulu Xəzəryanı Tük dövlətləti ilə də həyata keçirmək olar. Bu enerjiylə zəngin ölkələr üçün ən yaxşı alternativ inkşaf yoluna çevrilə bilər”- deyə, İlham Şaban vurğulayıb.

Həmçinin oxuyun

Manatın sabitliyi nəyə zərərdir və bunun qarşısını almaq lazımdırmı – TƏHLİL

Manatın nominal effektiv məzənnəsi ötən 8 ay ərzində, yəni yanvar-avqust aylarında 6,1 faiz möhkəmlənib. Bu …