Cümə , Avqust 23 2019
Ana səhifə / İqtisadiyyat / Əhməd Vəliyevin bankı ağır durumda – 9.8 milyonluq zərər

Əhməd Vəliyevin bankı ağır durumda – 9.8 milyonluq zərər

“Muğan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 587,224 milyon manat təşkil edib.


Qaynarinfo-nun Bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 20,7% çoxdur.

“Muğan Bank”ın aktivlərinin 361,493 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. Son 1 ildə Bankın kredit portfeli 2,4% kiçilib.

Hesabat dövründə “Muğan Bank”ın cəmi öhdəlikləri 23,1% artaraq 517,323 milyon manata, o cümlədən depozit portfeli 29,9% artaraq 299,793 milyon manata, cəmi kapitalı isə 5,5% artaraq 59,901 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Muğan Bank”ın gəlirləri 28,853 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 13,4% çox), xərcləri 26,559 milyon manat (6% çox), xüsusi ehtiyatlara ayırmaları isə 12,119 milyon manat (3,8 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 9,825 milyon manat zərərlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 3,5 dəfə çoxdur.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Qeyd edək ki, “Muğan Bank” keçmiş millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur.

Həmçinin oxuyun

Komitədən dövlət müəssisələrində çalışanlara güzəşt

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək …