Şənbə , Sentyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / Əhməd Davudoğlu: “Terrorizm hadisəsi ilə üz-üzəyik”

Əhməd Davudoğlu: “Terrorizm hadisəsi ilə üz-üzəyik”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriya ilə sərhəd boyunca təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini deyib. O, bu açıqlamanı Türkiyənin Şanlıurfa bölgəsinin Suruç qəsəbəsində baş verən və 31 nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışından sonra verib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Davudoğlu ilkin araşdırma zamanı hadisənin İslam Dövləti (İD) tərəfindən törədildiyinin ortaya çıxdığını bildirib.
O, Ankarada keçirdiyi mətbuat konfransında Türkiyənin İD-ə qarşı bütün lazımi tədbirlərin görülməsinə davam edəcəyini deyib: “Terrorizm hadisəsi ilə üz-üzəyik. Bizdə günahkarların tapılması və cəzalandırılması üçün iradə var”.
Prezident Rəcəb Tayyib Ərdoğan da Kipr ziyarəti zamanı çıxışında hücumu pisləyib: “Xalqımın adından bu qəddarlığı törədənləri lənətləyirəm. Terror haradan gəlirsə gəlsin, qarşısı alınmalıdır”.
Hadisədən sonra İstanbulda və Ankarada etiraz aksiyaları baş tutub. Etirazçılar prezident Rəcəb Tayyib Ərdoğanı ittiham edən şüarlar səsləndiriblər. Polis etirazçılara qarşı su şırnaqlarından, göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Ağ Evin mətbuat katibi də hücumu pisləyərək “Türkiyə dövləti və türk xalqı ilə həmrəyliyini” ifadə edib.
Müstəntiqlər hesab edirlər ki, partlayışı İslam Dövləti (İD) qrupundan olan qadın intiharçı törədib.
Partlayışda Kobani şəhərini bərpa etməyə kömək etmək üçün Suriyaya keçməyi planlaşdıran gənc fəalların qrupu zərər çəkib.
Yayımlanmış videoda partlayış zamanı əsasən universitet tələbələri olan qrup üzvlərinin yığıncaq keçirərək, planlarını müzakirə etdikləri görünür.
BBC-nin Yaxın Şərq üzrə müxbiri Jim Muirin sözlərinə görə Türkiyə İD qruplaşmasının fəaliyyətinə göz yummaqda günahlandırılırdı. Amma son zamanlar yaraqlılara qarşı etdiyi güclü basqılar bu partlayışın baş verməsinə səbəb ola bilər.
Suriyanın sərhədyanı Kobani şəhəri Türkiyədəki Suruç qəsəbəsinin yaxınlığında yerləşir.
Ötən ilin sentyabr ayından Kobani şəhəri İD qurumu silahlıları ilə kürd əsgərləri arasında döyüş meydanına çevrilib. Yanvar ayında isə kürd qruplaşmaları Kobanini geri ala bilib.
Qeyd edək ki, Türkiyənin Şanlıurfa bölgəsinin Suruç qəsəbəsində baş verən partlayışda 31 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Həmçinin oxuyun

Azərbaycanlılar Rusiya bazarından çıxarılır? – Açıqlama

Azərbaycanın Rusiyadakı səfirliyi Rostov şəhərindəki “Aksay” bazarında işləyən həmvətənlərimizin oradan çıxarılması və deportasiya edilməsini əks …

Bir cavab yazın