Şənbə , İyul 20 2019
Ana səhifə / İqtisadiyyat / Əhməd Davudoğlu: “Hava məkanımızı pozan təyyarələr vurulacaq”

Əhməd Davudoğlu: “Hava məkanımızı pozan təyyarələr vurulacaq”

Ankara ölkənin hava sərhədlərini pozan nəinki pilotsuz aparatları, həm də təyyarələri vuracaq. Azinforum.az-ın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu xəbərdarlıq edib.

“Biz pilotsuz aparatı dünən vurmuşuq. Əgər bu təyyarə olsaydı, eyni şeyi edəcəkdik. Bizim qaydalar məlumdur. Kim bizim sərhədlərimizi pozsa, lazımi cavabı verəcəyik” – qeyd edib baş nazir.

Türkiyə HHQ bundan öncə Suriya ilə sərhəddə pilotsuz aparatı vuraraq yerə salmışdı.
Gazeta.ru-nun Rusiya Müdafiə Sənayesindəki qaynağının məlumatına görə, Rusiyada istehsal olunan pilotsuz aparatlar bahalı və məxfi fəaliyyət sahəsidir və bu barədə KİV-də hər hansı bilgi yoxdur.

Həmçinin oxuyun

“Fitch” Azərbaycanın uzunmüddətli defolt reytinqini təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən …

Bir cavab yazın