Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Əhməd Davudoğlu ermənilərə başsağlığı verdi

Əhməd Davudoğlu ermənilərə başsağlığı verdi

Roma papası və Avropa parlamentini “erməni soyqırımı” ifadələrini işlətdiyinə görə qınayan Türkiyə hökuməti ermənilərə 1915-ci ildə yaşanan hadisələrə görə başsağlığı verib.

Baş naziri Əhməd Davudoğlu başsağlığında 24 aprel günü osmanlı ermənilərinin anılacağını deyib:

“Birinci dünya müharibəsi şərtlərində fərqli etnik və dini kökənə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən məsum osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə başsağlığımızı diləyirik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir vəzifədir.

Bu mənada, bu il aprelin 24-də erməni patriarxlığında təşkil ediləcək dini mərasimlə Osmanlı erməniəri bütün dünyada olduğu kimi Türkiyədə də anılacaq”.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …

Bir cavab yazın