Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Əhməd Davudoğlu erməni baş müşavirinin yerinə türk təyin etdi

Əhməd Davudoğlu erməni baş müşavirinin yerinə türk təyin etdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu baş müşaviri vəzifəsinə Milli Təhsil Nazirliyinin mətbuat məsələləri üzrə müşaviri Əbdülqadir Özkanı təyin edib.

Azinforum.az  xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, yeni baş müşavir İstanbul Bilgi Universitetinin Kommunikasiya fakültəsini bitirib. Uzun illər xarici ölkələrdə media və mədəniyyətlərarası əlaqələr istiqamətində fəaliyyət göstərib.

O həm də Türkiyənin UNESKO-dakı Milli əlaqələr komitəsi İdarə heyətinin üzvü olub.

Xatırladaq ki, ondan əvvəl bu vəzifədə Türkiyədə yaşayan erməni Etyen Mahçupyan çalışırdı. O, təqaüd yaşı ilə əlaqədar bu ilin martında tutduğu vəzifədən azad edilib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın