Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / Əhali kredit kartlarından imtina edir? – Azalma 100 min ədədə yaxınlaşdı…

Əhali kredit kartlarından imtina edir? – Azalma 100 min ədədə yaxınlaşdı…

Əslində kredit kartları elə kreditdir. Yəni kredit kartları kredit vəsaitlərindən istifadə alətidir”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov Azərbayacanda kredit kartlarının sayının sürətlə azalma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda kredit kartlarının sayı sürətlə azalır. Təkcə bu ilin 9 ayında kredit kartlarının sayında azalma yüz min ədədə yaxınlaşıb. 2014-ci ildə Azərbaycanda 1 milyon 302 min ədədə çatan kredit kartları devalvasiyadan sonra tədricən azalaraq 2019-cu ilin sentyabr ayına 760 minə düşüb.

Kredit kartları banklara sərf etmir, yoxsa əhali bu kartlardan imtina edir? Əhalinin kredit kartlarından imtinasının əsas səbəbləri hansılardır?

Kredit kartlarının adətən xarici valyutada olduğunu xatırladan bank üzrə mütəxəssis bildirib ki, çox insanlar o kartlardan Azərbayacanda deyil xaricə gedəndə istifadə edirdilər:

“Əslində kredit kartları elə kreditdir. Yəni kredit kartları kredit vəsaitlərindən istifadə alətidir. Təbii ki, devalvasiyadan sonra bankların əhaliyə kredit vermək imkanları azaldığı üçün kredit kartlarının sayı da azalmalı idi və azaldıBuna görə də bu məsələləri biri-birindən ayrı təhlil etmək olmaz.

Məsələnin digər tərəfi isə odur ki, kredit kartları adətən xarici valyutada olurdu. Çox insanlar o kartlardan Azərbayacanda deyil, xaricə gedəndə istifadə edirdilər. Yəni insanlar xaricdə olanda pul az olanda kredit kartlarından istifadə edirdilər. Azərbayacana gələndə isə həmin krediti ödəyirdi. İndi də banklar tərəfindən yalnız o şəxslərə xarici valyutada kredit verilir ki, onların gəliri xarici valyutayladır, yaxud da onların bankda xarici valyutada əmanəti var. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir məhdudiyyət qoyub.

Bütövlükdə Azərbayacanda banklar tərəfindən kredit vermə azaldığı üçün, əhalinin gəlirləri azaldığı üçün, problemli kreditlər çoxaldığı üçün banklar kredit vermir. Kredit kartları da bu səbəblərə görə azalıb”.

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …