Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / İqtisadiyyat / “Əhali artımı aşağı düşüb, qız uşaqlarının abortu qadağan olunmalıdır” – EKSPERT

“Əhali artımı aşağı düşüb, qız uşaqlarının abortu qadağan olunmalıdır” – EKSPERT

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycanda əhalinin təbii artımı ilə bağlı araşdırma aparıb.

Onun facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik:

1989-cu illə müqayisədə Azərbaycanın əhalisi 40,7 faiz artıb, gürcülər 31,44 faiz, ermənilər isə 9,12 faiz azalıb. Lakin, 2011-ci ildən başlayaraq ölkəmizdəəhalinin artım tempi aşağı düşür. Belə ki, 2011-ci ildə əhalinin təbii artımı 122 310 nəfər, 2012-ci ildə119 452 nəfər, 2013-cü ildə 118 288 nəfər, 2014-cü ildə 114 855 nəfər, 2015-ci ildə 111 513 nəfər, 2016-cı ildə 102 816 nəfər, 2017-ci ildə 86 932 nəfər olub.

Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı təqdim olunan dövrdə 2,4-dən 1,9-a düşüb. Fertillik-ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə yaxın bir neçə 10 ildə Azərbaycanda əhali artımı olmayacaq.

Bu İlin əvvəlindən ölkə əhalisinin sayı 52 427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 950 min 512 nəfərə çatıb, bu gedişlə əhalinin sayı 2019-cu ilin ortalarında 10 milyona çatacaq. Yeri gəlmişkən, ötən il əhalinin təbii artım tempi 0,9 faiz olduğu halda, bu ilin 9 ayında müvafiq göstərici 0,5 faizə düşüb.

Görünür ki, əhalinin təbii artımındakı enişin başlıca səbəbi ölkədə boşanmaların, qız uşaqlarına görəabortların sayının artması, 2015-ci ildən başlayaraq yaşam şərtlərinin pisləşməsinə baxmayaraq dövlətin uşaqlara qayğısının azalması, ölənlərin sayının artması və ölümün cavanlaşması, eləcə də xaricəmiqrasiyanın çoxalmasıdır.

Hesab edirəm ki, əlaqədar orqanlar bu faktlara etinasız qalmamalı, xüsusilə də qız uşaqlarına görə abortların qarşısı alınmalıdır. Bununla yanaşı, təklif edirəm ki, son illərin inflyasiyasını və xüsusilə də uşaqların yaşayış minimumunun kəskin artmasını nəzərə alaraq ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği ən azı 2 dəfə artırılmalıdır. Məlumat üçün qeyd edim ki, Azərbaycan prezidentinin 2013-ci il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə 2013-ci il 1 sentyabr tarixindən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 90 manat müəyyənləşdirilib. Müqayisə üçün qeyd edim ki, 3 uşağa görə birdəfəlik yardım Almaniyada 588 avro, Danimarkada 733 dollardır.

Bununla yanaşı, hesab edirəm ki, 18 yaşına qədər olan insanlar dövlətin hesabına məcburi tibbi sığorta paketinə malik olmalıdır. Bundan başqa, ailənin gəlirləri və ödənilən vergilərlə uşaqların sayı arasında da əlaqə yaradılmalı, aztəminatlı ailələrə, atasız və ya anasız uşaqlara xüsusi qayğı paketləri təqdim olunmalı, uşaqların sayına görə işləyənlər üçün gəlir vergisinin ödənilməsində güzəştlər tətbiq edilməlidir”.

Rəsmi məlumat

Dövlət Statistika Komitəsinin 2018-ci il sentyabrın 1-nə olan məlumatına görə Azərbaycan Respublikasının əhalisi 9 950 512 nəfərə çatıb.

Komitə bildirir ki, bir kvadrat kilometrə düşəəhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9%-i şəhər yerlərində, 47,1%-i kənd yerlərində məskunlaşıb, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1458-i əkiz, 57-si üçəmdir.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərəəhalinin təkrar istehsalı təmin olunur.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 34812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.

Son qeyri-rəsmi məlumatlkara görə hazırda dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. (Amerikanın Səsi)

VIPedu.BIZ

Həmçinin oxuyun

Onlar vergi ödəsələr də, pensiya almayacaqlar… – ŞƏRH

Məlum olduğu kimi, Vergi Məcəlləsinə son dəyişikliklərlə bərbərlər, dərzilər, ofisiantlar sabit vergi ödəyiciləri sırasına daxil …