Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / “ƏGƏR DSK ƏHALİNİN SİYAHIYA ALINMASI PROSESİNİ DÜZGÜN APARSAYDI…” – Ekspertdən ittihamlar

“ƏGƏR DSK ƏHALİNİN SİYAHIYA ALINMASI PROSESİNİ DÜZGÜN APARSAYDI…” – Ekspertdən ittihamlar

“Ötən ilin oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıya alınması prosesi həyata keçirildi. Bununla əlaqədar olaraq, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” Azərbaycan Prezidentinin fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmışdı. Deməli, siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı”.

Bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib.

İqtisadçı xatırladır ki, 10 ildən bir həyata keçirilən bu vacib iş üçün 2019-cu ilin dövlət büdcəsindən 23,2 mln. manat vəsait ayrılmışdı.

Onun sözlərinə görə, hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik pul xərclənib: “Bu vəsait Dövlət Statistika Komitəsinə (DSK) ayrılmışdı. Amma bizim apardığımız monitorinqlər və müsahibələr göstərdi ki, DSK əhalinin çox hissəsi saymadı. Belə olan halda da hər bir ailənin qeydiyyata alınmaması büdcədən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsində şübhələr yaratdı və hökümət də onun üzərindən sükutla keçdi”.

Q. İbadoğlu hesab edir ki, əslində ümumi siyahıya almanın düzgün təşkili bu günkü böhran dövründə hökümətin qarşılaşdığı bir çox sualların cavablandırılmasına kömək edirdi.

Bu sualların nədən ibarət olduğuna gəlincə iqtisadçı onları belə sıralayıb:

1. Ölkədə nə qədər əhali vardır?

2. Əhalinin hansı hissəsi yoxsuldur? Onların gəlirləri və xərcləri nə qədərdir?

3. Ölkədə işsizlərin sayı nə qədərdir?

Qubad İbadoğlunun fikrincə, bu sualara düzgün cavab verən məmur yoxdur. Çünki müxtəlif qurumlara rəhbərlik edən şəxslər bu suallara Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdan fərqli cavablar verir.

İqtisadçı hesab edir ki, siyahıya alınma prosesi üçün DSK-ya ayrılan pulları təyinastı üzrə xərcləməyib, sorğu anketində ev təsərrüfatlarının vəziyyəti ilə bağlı suallara hər ailədən cavab almayıb.

“Alsaydılar, indi Əmək və əhalinin sosial müdafiəsi naziri kompüterin bir düyməsini basmaqla görə bilərdi ki, ölkədə nə qədər yoxsul, işsiz var, onlar hansı ünvanlarda yaşayırlar. Bununla da dövlətin işsizə də, yoxsula da yardım siyasətini də daha tez və ünvanlı həyata keçirmək olardı” – deyə Qubad İbadoğlu vurğulayıb.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …