Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Əfsanəvi narkobaron öldürüldü

Əfsanəvi narkobaron öldürüldü

Meksikanın qərbində “Miçoakan ailəsi” adlı narkokartelin yaradıcısı 52 yaşlı Karlos Rosales Mendosanın meyiti tapılıb.

Lenta.ru saytının verdiyi xəbərə görə, hadisə yerində daha üç nəfərin cəsədi aşkarlanıb.

Mütəxəssislərin rəyinə görə, qətl cəsədlərin aşkarlandığı yerdə baş verməyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, öldürülməzdən öncə 4 nəfər işgəncələrə məruz qalıb, ardınca isə odlu silahla qətlə yetirilib.

Yerli hakimiyyət nümayəndələri isə hesab edir ki, Mendosa atışma baş verən ərazidə cinayətkar aləmin nüfuzlu şəxsləri ilə gizli görüş keçirib. Atışmadan sonra narkobaron mühafizəçiləri tərəfindən xilas edilsə də, aldığı güllə yaralarından keçinib.

Qeyd edək ki, Mendosa ötən əsrin 80-ci illərində başlayaraq narkotik ticarəti ilə məşğul olub, 2000-ci ildə isə “Miçoakan ailəsi” adlı narkokartelin əsasını qoyub (APA).

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın