Ana səhifə / İqtisadiyyat / ƏDV-nin geri qaytarılması üçün portal yaradıldı – VİDEO

ƏDV-nin geri qaytarılması üçün portal yaradıldı – VİDEO

Artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür. Qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.

Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq.

Qeydiyyatdan keçdikdən sonra əməliyyatları həyata keçirə bilərsiniz.

Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq.

Hər bir vətəndaş etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdə məbləğləri toplayaraq nağd ödənişlərdə həmin məbləğdən bu vəsaitin 118-ə bölünərək 10-a vurulmuş hissəsini, nağdsız ödənişlərdə isə həmin vəsaitin 118-ə bölünərək 15-ə vurulmuş həcmini çıxaraq alacağı pulu müəyyən edə bilər.

Bunu daha asan yolla hesablamaq üçün portalda kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə alacağınız pulun həcmini müəyyənləşdirə bilərsiz.

Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni sistemə daxil etməlisiz. Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.

ƏDV-nin qaytarılması proseduru

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.

Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 (beş) gün müddətində müvəkkil banka ötürülür.

Müvəkkil bank 10 (on) gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır.

Qeyd edək ki, çekləri BirBank ilə də oxutmaq mümkündür.

Həmçinin oxuyun

AZƏRBAYCAN BORCLANMAYA GEDİR, YOXSA…? – Xarici borcun ÜDM-də payının artması nə ilə bağlıdır?

Xarici borc ötən illə nisbətdə ən azı 150 milyon dollar azalacaq Son günlər aparıcı beynəlxalq …