Cümə , Dekabr 9 2022
Ana səhifə / İqtisadiyyat / ƏDV ləğv edilir?

ƏDV ləğv edilir?

“Ərzaq ƏDV-sinin ləğvindan az təminatlı ailələrdən az qala 10 dəfə çox imkanlı şəxslər qazanacaqlar. Ayda 200 manat ərzağa pul xərcləyən kasib 36 manat (18%) qabağa düşəcəksə, ayda 1000 manat xərcləyən 180 manat qabağa düşəcək. Başqa sözlə ƏDV-nin ləğvinə görə büdcəyə daxil olmayacaq vəsaitlərdən imkanlı ailələr daha çox faydalanacaq. Loru ifadə etsək, büdcədən kənar qalan 100 manatdan 20-30 manat kasıb qabağa düşəndə 70 manat varlı qabağa düşəcək”.

Bunu ekspert Eldəniz Əmirov bildirib.

E.Əmirov təklif edib ki, ƏDV-ni ləğv etmək əvəzinə daxil olan həmin 100 manatın 50 manatını büdcəyə daxil etmək, digər 50 manatını isə az təminatlı ailələrə yönəltmək olar: “Belə olanda, həm az təminatlı insanlar əvvəlkindən daha çox dəstək almış olur, həm də büdcə yararlanmış olur. Digər bir ən vacib məsələ isə ƏDV-dən azad edilmiş məhsulların uzağı 2-3 ay sonra yenidən bahalaşdırılmaq ehtimalıdır. Yəni, 11 manat 80 qəpiklik bitki yağı ƏDV-dən azad edilib 10 manat olsa, qısa zamanda onun qiymətini inhisarçılar 2-3 aya qəpik-qəpik qaldırıb onsuz da ƏDV-li qiymətə çatdıracaqlar. Ad olacaq ki, ƏDV yoxdur, əslində ƏDV-li qiymətlə eyniləşəcək.  Hələ bu çatışmazlığın hamısı deyil, 1 il sonra isə ƏDV-nin bərpa olunması qərarı veriləndə qalxmış qiymətə 18% əlavə olunanda, real ifadədə 36% ƏDV effekti yaranacaq. Odur ki, ƏDV-ni ləğv etmək yox, ondan əldə edilmiş vəsaitin yarısını dəstəyə ehtiyacə olan ailələlərə yönəltmək üçün bir mexanizm hazırlanmalıdır”.

Həmçinin oxuyun

Mərkəzi Bankdan Naxçıvanla bağlı AÇIQLAMA

Naxçıvanda filial açmaq istəyən bank olarsa onların müraciətinə baxılacaq.Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan …