Bazar , Yanvar 17 2021
Ana səhifə / İqtisadiyyat / “Əcəmi-18” MTK cərimələndi

“Əcəmi-18” MTK cərimələndi

Əcəmi-18” Mənzil Tikinti Kooperativi (MTK) inzibati qaydada cərimələnib.

Nəsimi Rayon Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yazdığı protokola əsasən şirkətin 22 500 manat cərimə edilməsi barədə qərar çıxarıb. 

“Əcəmi-18” İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.Report

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …